e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sual

Sizin əməkdaşlar deyir ki, mən əsas vəsaiti noyabrda alanda və istismara verəndə, mən ancaq 2 ayın məbləğini xərcə sala bilərəm. Bu tamamilə düzgün deyil. Mən illik normasını xərcə sala bilərəm. Məcəllədə bu tam aydın yazılıb (114.4. Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır). Vergi ilinin sonuna illik amortizasiya hesablanır. Camaata səhv məlumat verməyin.

Rafiq İlyasov, rafiq2972_12@hotmail.com, Bakı (13.01.2018)


Cavab

Bildiririk ki, illik amortizasiya ayırmaları məbləğinin gəlirdən çıxılması tam təqvim ili ərzində istifadə olunan əsas vəsaitlərə münasibətdə nəzərə alına bilər, əsas vəsait həmin dövrün müəyyən hissəsində istifadə olunduqda isə yalnız istifadə edildiyi dövrə mütənasib ayırmalar gəlirdən çıxıla bilər.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə Sizi maraqlandıran çoxsaylı sualların mövcudluğunu nəzərə alaraq bu barədə ətraflı məlumat almaq üçün Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz və ya zəruri rekviziklərinizi göndədiyiniz təqdirdə Sizə vergi orqanları tərəfindən ünvanlı xidmət göstərilməsi təklif olunur.

Bax: Vergi Məcəlləsinin 108-ci, 114-cü və 130-cu maddələri.

Mənbə: www.taxes.gov.az

2018-01-16 | Vergilər | Baxılıb: 2452 dəfə

Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.