Sual Fiziki şəxs vergi ödəyicisi kimi lotereya biletlərini şirkətdən müqavilə əsasında alaraq, komisyon qaydada vergi ödəyicisi olmayan fiziki şəxslərə parakəndə satarsa, sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? |
|
Cavab Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Lotereya biletlərinin satışı ilə məşğul olan fiziki şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməli və həmin şəxslərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir.
Mənbə: https://vergiler.az/news/taxes/3801.html
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.