Sual Fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərə hansı vergi növü tətbiq edilir? |
|
Cavab Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilərək bildirilib ki, Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.
Sahibkarlıq subyektlərinə sözügedən xidmətləri göstərən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.