Azərbaycanda işçilərin ödədiyi sığorta haqqı 10%-dək artırılacaq.2012-12-03 | Vergilər | 2886Qarşıdakı illərdə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə dayanıqlığının gücləndirilməsi və pensiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ölkədə sığorta stajının bir ilinin qiyməti müəyyənləşdiriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxışında bildirib. «Hazırda sistemdə belə göstərici olmadığına görə, çox aşağı tariflərlə sosial sığorta haqqı ödəyən böyük bir əhali qrupu sistemdən uzunmüddətli və böyük məbləğli pensiya almaq imkanına malikdir. Bunu nəzərə alaraq sosial sığorta stajının bir ilinin dəyəri müəyyən ediləcək», - deyə DSMF başçısı vurğulayıb. S.Müslümov həçinin bildirib ki, hesablamalara görə, bu göstərici pensiyanın baza hissəsinin 12 misli qədər olmalıdır. Tam pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı 30 il, minimum pensiya üçün tələb olunan sığorta stajı isə 12 il həddində müəyyənləşdirilib. Hesablamalara əsasən, 2020-ci ilədək sosial sığorta haqqının dərəcəsi 25% olmaqla, işəgötürənlə, işçi arasında bu məbləğ 15%/10% nisbətində bölünəcək. Qeyd edək ki, hazırda bu nisbət 22%/3% təşkil edir. Mənbə: www.apa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.