e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

2019-07-26 | İqtisadiyyat | 2250

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsi haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar iyulun 29-dan qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin paramentlərinə növbəti dəfə sentyabrın 13-də baxacaq.

Mənbə: https://report.az/maliyye/azerbaycan-merkezi-banki-ucot-derecesini-azaldib26072019/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.