Baş nazirdən işədüzəltmə firmaları haqda yeni tələblər2019-08-13 | Kadr işi | 3181Baş Nazir Novruz Məmmədov "İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”i təsdiq edib. Qaydalar "Məşğulluq haqqında” qanuna uyğun olaraq hazırlanıb və Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, vətəndaşların xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində vahid informasiya bazasını yaratmaq məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Məşğulluq” altsistemində qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə etməklə Reyestri elektron formada aparır. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblər
AR Nazirlər Kabinetinin Qərarının tam mətni ilə buradan tanış ola bilərsiniz |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.