e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi Məcəlləsində dəyişiklik edildi

2019-08-22 | Vergilər | 3143

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

AR Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22-1.1-ci maddədə "50 faizi" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi" sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 22-1.3-cü maddə əlavə edilsin:

"22-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 22-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına gəlirlərinin faktiki daxilolmalarının məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada proqnozlaşdırılan gəlirlərinin məbləğindən az olduqda, bu fərq hər il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu ilə təsdiq edilən dövlət büdcəsinin gəlirləri üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsait (neft-qaz sahəsində fəaliyyət göstərən vergiödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalar, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin onların sərəncamında saxlanılan və istifadəsinə verilən hissəsi istisna olmaqla) hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.".

1.3. 102.1.14.15-ci maddəyə "hərbi qulluqçulara" sözlərindən sonra ", hakimlərə" sözü əlavə edilsin;

1.4. 102.1.17-ci maddədən "və hakimlərə" sözləri çıxarılsın.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 1.1-ci və 1.2-ci maddələri 2019-cu il yanvarın 1-dən tətbiq edilir.

2.2. Bu Qanunun 1.3-cü və 1.4-cü maddələri 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

Mənbə: https://president.az/articles/34052


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.