e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda gömrük rəsmiləşdirilməsi sadələşdirilir

2014-10-26 | Vergilər | 2556

Azərbaycanda gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması müddəti gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan etibarən 3 gündən 2 günədək azadılacaq.

Bu barədə Milli Məclisin müzakirəsinə tövsiyə edilən "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində deyilir.

Qanun layihəsinə uyğun olaraq, daha bir dəyişiklik gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən sənədlərin götürülüb saxlanılmasına aid olacaq.

Qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1 günədək müddətə götürüb saxlamaq hüququna malikdirlər.

Bundan başqa, Gömrük Məcəlləsində aşağıdakı maddə ləğv edilir: "Daşıyıcının və onun nəqliyyat vasitələrinin bu Məcəllənin tələblərinə cavab verməməsi barədə gömrük orqanlarının kifayət qədər əsasları olduqda, malların daşınması həmin nəqliyyat vasitəsi gömrük daşıyıcısı tərəfindən lazımi vəziyyətə gətirildikdən sonra gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsləri tərəfindən müşayiət edilməsi) davam etdirilir".

Mənbə: http://az.trend.az/capital/business/2326113.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.