e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanın Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4,1 mlrd. manat vəsait daxil olub

2013-08-15 | Vergilər | 2523

Bu ilin yanvar-iyul aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 104,7 mln. manat təşkil edib.

Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 41%-i mənfəət vergisinin, 23,1%-i əlavə dəyər vergisinin, 11,6%-i şəxslərin gəlir vergisinin, 7,3%-i aksizlərin, 17 %-i isə digər vergilərin payına düşür.

Qeyri-neft sektoru üzrə büdcəyə 2 143,9 mln. manat vəsait daxil olub.

Yanvar-iyul aylarında ölkə üzrə 45 628 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 069 (63,7%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin avqustun 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 520 986-ya bərabər olub.

Mənbə: www.apa.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.