e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İki yerdə işləyənlər üçün gəlir vergisinin hesablanması

2019-09-26 | Kadr işi | 3903

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işlə əlaqədar çalışan və gəlirləri 8.000 manata qədər olan şəxslər üçün gəlir vergisi 0 faiz dərəcəsi ilə tutulur. Bu güzəşt Vergi Məcəlləsinin 101.1-1 maddəsi ilə tənzimlənir. Lakin bəzən yerlərdə bu maddənin düzgün tətbiqinə mane olan səhv izahlarla qarşılaşırıq. Bu cür səhvlər əksər hallarda işçi iki və ya daha çox iş yerində çalışdığı zaman baş verir. Məsələn, ikinci (əsas olmayan) iş yerində işçiyə bildirirlər ki, sizin əsas iş yerinizdə gəlirinizin həcmini və ya əsas iş yerinizin neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olmasını dəqiqləşdirə bilmədiyimiz , əsas iş yeriniz barədə təqdim etdiyiniz məlumatları yoxlaya bilmədiyimiz üçün sizdən köhnə qaydada, yəni Məcəllənin 101.1 maddəsinə əsasən gəlir vergisi tutulacaq. Maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov qaldırılan suallara aydınlıq gətirib:

"Vergi Məcəlləsinin 101.1-2 maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Bu, o deməkdir ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna yuxarıda qeyd olunan güzəşti verən 101.1-1 maddəsinin işçinin iş yerinin əsas olub-olmaması, həmçinin bütün iş yerlərində cəm olaraq gəlirin 8.000 manatdan artıq olmasından asılılığı yoxdur. Hər iş yerində işçinin gəlir vergisi ayrıca hesablanıb büdcəyə ödənilməlidir".

Mənbə: https://vergiler.az/news/taxes/4442.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.