e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir

2014-11-01 | İqtisadiyyat | 2823

Noyabrın 1-dən Azərbaycanın gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi yeni qaydalarla aparılacaq.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli 119 nömrəli fərmanı ilə mövcud qanunvericiliyə dəyişikliklər edilib.

"Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına şəxslər tərəfindən ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi norması təkmilləşdirilərək təqdim olunan sənədlərin siyahısı əhəmiyyətli dərəcədə azaldılıb. Noyabrın 1-dən qüvvəyə minəcək dəyişikliyə və paralel olaraq həmin tarixdə qüvvəyə minəcək Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş

Mənbə: http://az.apa.az/news/360563


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.