e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Notariuslar Vergilər Nazirliyinə xüsusi forma üzrə bəyannamə verəcəklər

2019-10-08 | Vergilər | 2545

Nazirlər Kabineti "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

Qərarda sənədə aşağıdakı məzmunda abzas əlavə edilib: "Xüsusi notariuslar "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinə məlumat və Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə (hesabat) verirlər".

Mənbə: https://vergiler.az/news/taxes/4607.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.