Cari vergi ödəmələrinin hesablanması2019-10-08 | Vergilər | 3364Gəlir və ya mənfəət vergisinin ödəyiciləri oktyabrın 15-dək "Cari vergi ödəmələrinin hesablanması haqqında" arayış formasını vergi orqanlarına təqdim etməlidirlər. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin hesablanmasının iki üsulu var: cari vergi ödəməsinin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir; cari vergi ödəməsinin məbləği bu rübdəki gəlirin həcminin keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla Vergi Məcəlləsi ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır. Birinci hal. Tutaq ki, vergi ödəyicisinin mənfəət vergisi 2018-ci ildə 20.000 manat təşkil edib. Bu zaman vergi ödəyicisi 1-ci halı seçdiyi halda, 2019-cu ilin hər rübü ərzində 5.000 (20.000/4) manat məbləğində cari vergi ödəməsini həyata keçirməyi öz öhdəsinə götürür. Vergi ödəyicisinin 2019-cu il illik gəlir və ya mənfəət vergisi bəyannaməsi təqdim edilən zaman məlum olur ki, illik gəlir və ya mənfəət vergisi 22.300 manat təşkil edib. Bu zaman vergi ödəyicisi artıq 2.300 manat (22.300-20.000) ödəniş həyata keçirməlidir. İkinci hal. "A" MMC-nin 2018-ci il ərzində ümumi gəliri 180.000 manat olub. Gəlirdən çıxılan xərclər 60.000 manat olduğu üçün mənfəət vergisi 24.000 manat ((180.000 – 60.000) x 20 faiz) olub. Deməli, verginin gəlirlərdə xüsüsi çəki əmsalı 0,13-dür (24.000 / 180.000). 2019-cu ilin 3-cü rübündə dövriyyəsi 30.000 manat olarsa, o zaman üçüncü rüb üzrə cari vergi ödəməsi 3.900 manat (30.000 (üçüncü rüb üzrə dövriyyə) x 0,13 (əmsal) olacaq. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələrinə gəldikdə isə, mikro sahibkarlıq subyekti olan fiziki şəxsin və ya hüquqi şəxsin 2019-cu il üzrə gəliri və xərclərinə uyğun hesablama aşağıdakı kimi olub: a)1-cü rüb (aprel ayının 15-dən gec olmayaraq cari vergi bəyannaməsi haqqında arayış təqdim olunmalıdır). Gəlir – 4.000 manat; Xərc – 2.600 manat. Birinci rüb üzrə gəlir (mənfəət) - 1 400 manat (4 000 manat (gəlir) - 2 600 (xərc) manat); Gəlir (mənfəət) vergisi - 280 manat = (1.400 manat x 20 faiz (gəlir və ya mənfəət vergisinin dərəcəsi); Cari vergi ödəməsi -70 manat = (280 manat (gəlir (mənfəət) vergisi) x 25 faiz (mikro sahibkarlıq subyektinə verilən 75 faizlik güzəşt nəzərə alınmaqla). Ödəniləcək cari vergi ödəməsi (75 faiz minimum ödəmə nəzərə alınmaqla) = 52,50 (70 manat (cari vergi ödəməsi) x 75 faiz (ödənişin minimum həddi)). b) 2-ci rüb (iyul ayının 15-dən gec olmayaraq cari vergi bəyyannaməsi haqqında arayış təqdim olunmalıdır). İkinci rüb üzrə gəlir - 2500 manat; xərc - 1800 manat. Gəlir (mənfəət) – 2.100 manat ((4 000 manat (birinci rüb üzrə gəlir) + 2 500 manat (ikinci rüb üzrə gəlir)) - (2 600 manat (birinci rüb üzrə xərc) + 1800 manat (ikinci rüb üzrə xərc)); Gəlir (mənfəət) vergisi- 420 manat (2 100 manat x 20 faiz); Cari vergi ödəməsi -105 manat = (420 manat (gəlir (mənfəət) vergisi) x 25 faiz (mikro sahibkarlıq subyektinə verilən 75 faizlik güzəşt nəzərə alınmaqla). Ödəniləcək cari vergi ödəməsi (75 faiz minimum ödəmə nəzərə alınmaqla) - 26,25 manat = ((105 manat (cari vergi ödəməsi) x 75 faiz (ödənişin minimum həddi))- 52,50 manat (birinci rüb üzrə cari vergi ödəmə). c) 3-cü rüb (aprel ayının 15-dən gec olmayaraq cari vergi bəyannaməsi haqqında arayış təqdim olunmalıdır). Üçüncü rüb üzrə gəlir - 1 000 manat; xərc - 800 manat. Gəlir (mənfəət) - 2.300 manat ((4.000 manat (birinci rüb üzrə gəlir) + 2.500 manat (ikinci rüb üzrə gəlir) + 1.000 manat (üçüncü rüb üzrə gəlir) ) - (2.600 manat (birinci rüb üzrə xərc) + 1.800 manat (üçüncü rüb üzrə xərc) + 800 manat (üçüncü rüb üzrə xərc)); Gəlir(mənfəət) vergisi - 460 manat (2.300 manat x 20 faiz); Cari vergi ödəməsi -115 manat = (460 manat (gəlir (mənfəət) vergisi) x 25 faiz (mikro sahibkarlıq subyektinə verilən 75 faizlik güzəşt nəzərə alınmaqla). Ödəniləcək cari vergi ödəməsi (75 faiz minimimum ödəmə nəzərə alınmaqla) = 7,50 manat ((115 manat (cari vergi ödəməsi) x 75 faiz (ödənişin minimum həddi)) - 52,50 manat (birinci rüb üzrə cari vergi ödəmə) - 26,25 manat (birinci rüb üzrə cari vergi ödəmə). Sonda üçüncü halla bağlı bəzi vergi ödəyicilərinin etdiyi səhvlər haqqında məlumat vermək istərdik. İkinci ən çox rast gəlinən hal ondan ibarətdir ki, bəzi vergi ödəyiciləri rüb ərzində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirərək gəlir və ya mənfəət vergisi ödəyicisi olduqda, sadəcə, "Cari vergi ödəmələrinin hesablanması haqqında" arayış forması təqdim etməklə kifayətlənirlər. Lakin vergi ödəyicisi 2019-ci ilin 3-cü rübündə hətta 1 gün fəaliyyət göstərdikdən sonra mükəlləfiyyətini dəyişsə belə, "Sadələşdirilmiş vergi bəyannaməsi"ni təqdim etməyə borcludur. Hazırladı: Fəxriyyə İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.