Əmək bazarında bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün iş aparılır2019-10-15 | Kadr işi | 2763Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) apardığı yoxlamalardan danışıb: "Xidmətin apardığı yoxlamaların elektronlaşdırılması, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır". O bildirib ki, DƏMX tərəfindən əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır: "Səyyar yoxlamaların inzibati icraat praktikası da təkmilləşdiriləcək. Hər hansı əlavə bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün bu daha vacibdir". Qeyd edək ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı elan edilmiş monitorinq müddəti 2021-ci ilin sonuna qədərdir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.