Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb2019-10-29 | İqtisadiyyat | 2286Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8 faizdən 7,75 faizə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 9,5 faiz (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.