e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

On beş yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilərmi?

2019-10-30 | Kadr işi | 3134

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatında bildirilib ki, 15 yaşına çatmamış şəxslər əmək müqaviləsinin tərəfi ola bilməz. Belə müqavilələrin elektron sistemdə qeydiyyatı və rəsmiləşdirilməsi də qeyri-mümkündür. E-sistem belə müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı bildirişləri heç bir halda qeydiyyat üçün qəbul etmir.

Bakı şəhərinin Yasamal rayonunda "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda keçirilmiş maarifləndirici tədbirdə vurğulanıb ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan işçilərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Bu təminatlar həmin şəxslərin əmək vərdişləri, əmək stajının az olması, fizioloji vəziyyəti ilə bağlı amillərin olması ilə əlaqədardır. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu da iştirakçıların diqqətinə çatdırılıb.

Mənbə: https://vergiler.az/news/economy/5150.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.