Azərbaycanda səyyar vergi yoxlamasının - KEÇİRİLMƏSİ QAYDASI DƏYİŞİB2019-11-07 | Vergilər | 2981Vergilər Nazirliyinin Kollegiyası "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"nda dəyişiklik edib. FED.az xəbər verir ki, dəyişiklik ödəmə mənbəyində tutulan vergilərin yoxlanılması ilə əlaqədardır. Qüvvədə olan Qaydalara əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən verginin tutulması yoxlanılıb. Dəyişikliyə əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən (alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) istisna olunmaqla) verginin tutulması yoxlanacaq. Dəyişiklik noyabrın 6-dan qüvvəyə minir. Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Vergi Məcəlləsinə əsasən, aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs vergitutma məqsədləri üçün rezident sayılır: - Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; - təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan; Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.