e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Millət vəkili: Hökumət gəlir deklarasiyası ilə bağlı sənədi hazırlayıb təqdim etməlidir

2019-11-13 | İqtisadiyyat | 2346

"Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalıdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən və büdcə müzakirələrinə həsr olunmuş plenar iclasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bu sahədə əsaslı vəsait qoyuluşuna daha geniş imkan yaradılmalıdır: “Qeyri-neft sektorunun inkişafında imkanlar həddən artıq böyükdür. Son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib. Biz sənaye müəssisələrini 7 il müddətinə vergidən azad etmişik. Yeni İqtisadiyyat naziri bu müəssisələri daha 3 il müddətinə vergidən azad edilməsini təklif edir. Düşünürəm ki, 7 il bəs edər ki, həmin sənaye müəssisələri kifayət qədər effektiv işləsinlər və Azərbaycanın dövlət büdcəsinə vergi versinlər. Bu, çox ciddi məsələdir və Azərbaycan hökumətinə bu məsələnin üzərində işləməyi təklif edirəm”.

Millət vəkili satınalmalarla bağlı bildirib ki, Azərbaycanda tenderler düzgün keçirilmir: “Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir".

Bununla yanaşı V. Əhmədov hesab edir ki, hökumət gəlir deklarasiyası ilə bağlı sənədi hazırlayıb təqdim etməlidir: "O cümlədən maliyyə amnistisiyası məsələsi də ciddi məsələ olaraq qalır”.

Mənbə: https://report.az/maliyye/qeyri-neft-sektorunun-inkisafi-diqqet-merkezinde-saxlanilmalidir/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.