e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə hesabatlarını dərc etdirmək məcburiyyətini qoydu

2014-12-25 | Audit | 3024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında, "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə və "İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərmanlar imzalayıb.

Fərmana görə, Dövlət Neft Şirkəti illik maliyyə hesabatları ilə yanaşı, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib etməli, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirməli, hesabat dövrü ərzində şirkət və ya onun törəmə cəmiyyətləri dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin onlara büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Həmçinin Şirkət, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparmalı, illik maliyyə hesabatlarını, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarını və "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim etməlidir.

Digər Fərmana görə, Dövlət Neft Fondu illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirməlidir.

Çek investisiya fondu isə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və təsisçiyə (təsisçilərə) təqdim etməli, habelə dövri mətbu nəşrdə və fondun internet səhifəsində (varsa) dərc etdirməlidir.

Çek investisiya fondu illik maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilməli, uçot siyasəti və izahlı qeydlərdə isə əlavə olaraq "Fondun investisiyalarının siyahısı və onun açıqlaması (səhmlərin sayı, növü və hesabat tarixinə bazar qiyməti

Mənbə: http://marja.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.