e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Xarici ölkənin Azərbaycan Respublikasındakı səfirliyində işə düzələn şəxsin vergi öhdəliyi

2019-11-25 | Kadr işi | 196

Adi və muzdla çalışan işçilərin vergi öhdəlikləri barədə Vergilər Nazirliyinin şərhində bildirilib ki, Azərbaycan Respublikası ərazisində diplomatik nümayəndəliklərdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.

Qeyd olunan iş yerlərində çalışan şəxslərin əməkhaqqından vergilər 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan artıq olduqda artıq hissə üçün 25 faiz dərəcəsi ilə vergi hesablanır.

"Diplomatik əlaqələr haqqında" 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının 23-cü maddəsinə əsasən akkreditə edən dövlət və nümayəndəlik başçısı konkret xidmət növünün ödənişi olan vergi, yığım və rüsumlardan başqa nümayəndəliyin şəxsi və ya kirayə etdiyi binalarına münasibətdə bütün dövlət, rayon və bələdiyyə vergi, yığım və rüsumlarından azaddırlar.

Vyana Konvensiyasının 28-ci maddəsinə əsasən, özünün rəsmi vəzifələrini yerinə yetirərkən nümayəndəliyin aldığı mükafatlar və pullar bütün vergi, yığım və rüsumlardan azad edilir.

Vergi Məcəlləsinin 33.3-cü maddəsində göstərilib ki, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər.

Mənbə: https://vergiler.az/news/taxes/5752.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.