IAS 8 ilə uçot siyasətinin üç asan addım ilə müəyyən edilməsi2019-11-26 | IFRS | 4068Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) Şurası keçən həftə (IAS) 8 №-li "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" standartının tətbiqi ilə bağlı yeni bir təlimat hazırlamışdır. Təlimatda bütün hallar üçün BMHS-a uyğun olaraq uçot siyasətinin üç addımlı sxemə uyğun olaraq hazırlanması izah edilir. Gəlin maliyyə hesabat standartlarını tərtib edənlər tərəfindən hazırlanmış faydalı nümunələri nəzərdən keçirək. IAS 8 standartının həcmi böyük deyil. Belə ki, uçot siyasətinin seçimi 7-12 bəndlərin tələbləri ilə müəyyən edilir, 13-cü bənddə isə bu prosesin ardıcıllığı göstərilir. Əgər hər-hansı bir müəssisə Maliyyə Hesabatlarının Beynəlxalq Standartını müəyyən bir vəziyyətə və ya əməliyyata birmənalı şəkildə tətbiq edə bilirsə, müəssisə menecerləri standartın 10-cu bəndinə uyğun olaraq, ən ədalətli nəticəyə gətirə bilən, öz peşəkar mülahizələrindən istifadə edə bilərlər. BMHS Şurası hazırladığı təlimatda bu bəndin tətbiqini ətraflı şəkildə izah edib, və prosesi üç sadə addıma ayırıb. İlk addımda, hər zamanki kimi, müəyyən bir vəziyyət və ya əməliyyat üçün ən uyğun BMHS standartını müəyyənləşdirmək cəhdi edilir. Çünki əgər hazır standart varsa, o zaman, menecerlərin peşakar mülahizələrinə ehtiyac yaranmır. Yox, belə bir standart yoxdursa, o zaman, ikinci addımda müəssisə oxşar və ya oxşar əməliyyatlar/vəziyyətlər üçün hazırlanmış standartların olub-olmadığını yoxlayır. Əgər varsa, onda onlardan istifadə edilməlidir. Və nəhayət, əgər belə bir vəziyyətə və ya əməliyyata uyğun bir standart yoxdursa, əməliyyat unikaldırsa, bu halda müəssisə BMHS sisteminin əsaslarına – "Maliyyə Hesabatları üzrə Konseptual Əsaslarına" nəzər salmalı və orada cavab axtarmalıdır. Təlimatda bu sadə sxem bir sıra nümunələrlə göstərilib. Təlimatı buradan yükləyə bilərsiniz. Aşağıdakı blok-sxem üç addımlı prosesi göstərir: Uçotu siyasətinin seçilməsi və tətbiq edilməsi
Mənbə: https://www.ifrs.org/news-and-events/2019/11/guide-how-to-select-and-apply-accounting-policies/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.