Əmanətlər üzrə vergi güzəştləri yeni qayda ilə tətbiq ediləcək2014-12-26 | Vergilər | 2502Azərbaycanın banklarında və digər kredit təşkilatlarında fiziki şəxslərin əmanətləri üzrə dividentlər yenidən gəlir vergisindən azad olunacaq. Hökumət hesab edir ki, əvvəlki illərdən fərqli olaraq (vergi güzəştləri ilk dəfə 1999-cu ildə tətbiq edilib) əmanətçilərə qarşı vergi güzəştlərinin tətbiqi mexanimzi təkmilləşdiriləcək: "Əgər indiyədək moratorium müddəti maksimum 3 ilədək tətbiq edilirdisə, 2015-ci ildən qüvvəyə minəcək yeni qanunda müvəqqəti çərçivələrin aradan qaldırılması planlaşdırılır, lakin bununla belə, vergi güzəştlərinin tətbiq ediləcəyi əmanətin məbləğinə məhduduiyyətlər qoyulacaq". Hökumətdən güzəştlərin şamil ediləcəyi məbləği dəqiqləşdirməyiblər. Lakin Azərbaycanda fikizi şəxslərin əmanətləri üzrə sığortalanan hissənin məbləğinin 30 min manatı keçmədiyini nəzərə alsaq, güman etmək olar ki, güzəştlər bank sisteminə analoji məbləğdə qoyulmuş depozitlərə tətbiq ediləcək. Deməli, gəlir vergisi məbləği depozitin vergidən azad hissəsini ötməyən əmanətlər üzrə dividentlərə qarşı tətbiq ediləcək. Qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Mənbə qeyd edib ki, onun bu günlərdə qəbul ediləcəyi gözlənilir. Mənbə: http://www.biznesinfo.az/news/economy/params/ln/az/article/102285 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.