Vergitutma obyektinin müəyyən edilməsi2019-12-04 | Vergilər | 2972Ödənilməli olan vəsait düzgün hesablanmadığı hallarda və ya kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Mövzunu Vergilər Nazirliyi yanında Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir. Vergi ödəyicisinin vergi uçotuna alınmadan fəaliyyət göstərdiyi hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda vergi orqanı vergini bu maddəyə uyğun olaraq hesablaya bilər. Burada əsasən, iki informasiya qaynağından istifadə olunur: vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı əlaqəli məlumatlar; analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatları. Əlaqəli məlumatlar aşağıdakılardan ibarətdir:
Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, vergi ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən hesablanır. Onu da qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Bununla yanaşı, əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. Əlaqəli məlumatlara əsasən, hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Yuxarıda göstərilən əlaqəli məlumatlar vergi ödəyicisinin ödəməli olduğu vergini ödəməyə tam imkan vermədikdə, vergi, əgər varsa analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicisinin məlumatları nəzərə alınmaqla hesablanır. Bu zaman verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Bunu aşağıdakı şəkildə göstərə bilərik: G×k; k=Van/Gan; X×k; k=Van/Xan. Burada: G - vergi ödəyicisinin gəliri; X - vergi ödəyicisinin xərci; Van - analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müvafiq hesabat dövrü üçün ödəməli olduğu vergi məbləği; Gan - analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müvafiq hesabat dövründə gəliri; Xan - analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müvafiq hesabat dövründə xərci; k - analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müvafiq hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsal. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi aşağıda göstərilən meyarlar nəzərə alınmaqla müəyyən edilir:
Əlaqəli məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda, əgər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisini müəyyən etmək olmazsa, mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanır. Bu maddə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında – konkret olaraq isə Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı əsasında hesablanmasını nəzərdə tutur. Hazırladı: Fəxriyyə İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.