e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodu ləğv edilib

2019-12-05 | İqtisadiyyat | 2237

Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Nazirliyin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, vergitutma bazasının genişləndirilməsini hədəf götürən əsas dəyişikliklər aksizli mallar və bina tikintisi ilə bağlı yenilikləri nəzərdə tutur. Bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrinin isə optimallaşdırılması, habelə tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə edilməsi və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər bu qəbildəndir. Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğv edilməsi və həmin əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb olunması da vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək.

Mənbə: https://vergiler.az/news/taxes/5961.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.