İşçilərin və ştatların ixtisarı zamanı müavinətin hesablanması2019-12-05 | Kadr işi | 4278Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilməsi mümkündür. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisə bağlandığı, işçilərin sayı və ya ştatlar ixtisar edildiyi zaman baş verir. İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərkən bildirib ki, işəgötürən ixtisar haqqında qərar verdikdən sonra işçilərin stajına uyğun olaraq onlara öncədən rəsmi xəbərdarlıq təqdim etməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən işçiyə onunla bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) əsasən, müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
Əmək qanunvericiliyi işçiyə xəbərdarlıq aldıqdan sonra işdənçıxma tarixini gözləməyərək işdən getmək hüququ verir. Təbii ki, bu halda da işçiyə müavinət ödəniləcək. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, müavinətlərin məbləğləri aşağıdakı qaydada hesablanır:
Misal.
İşəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən, ixtisar olunacaq dörd işçinin orta əməkhaqqı eyni məbləğdə – 450 manat olsa da, iş stajları fərqlənir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, işçilərə iş stajlarına görə rəsmi xəbərdarlıq verilib. Hər bir işçi xəbərdarlıq məktubu aldıqdan sonra işdən çıxmağa razılıq verdiyi üçün müavinətlərin hesablanılıb ödənilməsi aşağıdakı kimi olacaq:
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.