Gələn ildən vergi ödəyiciləri 9 növ elektron qaimə-faktura verə biləcəklər2019-12-11 | Vergilər | 3591Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar 2020-ci ildən elektron vergi hesab-fakturası tam şəkildə elektron qaimə-faktura ilə əvəz olunaraq, vahid sənəd formasında təqdim ediləcək. Bununla yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fərqləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu dəyişikliklərin edilməsi sahibkarlar və mühasiblərlə görüşlərin nəticəsində qərara alınıb. Yeni dəyişikliyi "vergiler.az" saytı üçün şərh edən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev bildirib ki, 2017-ci ildə elektron qaimə-fakturanın tətbiqindən sonra sahibkarların və mühasiblərin işi artdı. Çünki onlar malların təqdim edilməsini, xidmətlərin göstərilməsini və işlərin görülməsini təsdiq etmək üçün eyni məlumatları həm vergi hesab-fakturası, həm də elektron qaimə-fakturada təqdim edirdilər. Gələn ildən isə sahibkarların bu işi asanlaşdırılacaq: "Əslində, eyni məlumatlar - malların dəyəri, ölçüsü, ƏDV-nin hesablanması və digər məlumatlar elektron qaimə-fakturada göründüyünə görə vergi hesab-fakturasına ehtiyac yox idi. Mühasiblərin elektron qaimə-fakturanın yazılması ilə bağlı da ciddi problemləri var idi. Malların satışı, təqdim edilməsi zamanı elə vəziyyətlər olur ki, bəzən mallar təqdim olunur, əslində isə real satış prosesi getmir. Biz buna komisyon qaydasında malların satışı deyirik. Məsələn, şirkət malları gətirib mağazalarda vitrinə qoyur, lakin bu o demək deyil ki, həmin şirkət bu malları artıq satıb. Çünki malların geri qaytarılması prosesi də var. Bu zaman elektron qaimə-fakturanı yazan şirkət çətinlik çəkirdi. Çünki yalnız satış qaiməsi vardı və bu qaiməni yazan kimi avtomatik vergi hesablanırdı. Artıq yeni qaydalarda malların satışı ilə yanaşı, malların geri qaytarılması qaimə-fakturası da olacaq ki, bu da müəssisələr və mühasiblər üçün asanlıq yaradacaq. Artıq geri qaytarma qaiməsində nə qədər malın geri qaytarıldığı göstəriləcək və həmin hissəyə vergi hesablanmayacaq". Yeni qaydalara əsasən, vergi ödəyicisi aparılan əməliyyatların xarakterinə görə doqquz növ elektron qaimə-faktura verə biləcək:
Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, ƏDV əməliyyatları barədə. Vergilər Nazirliyinin Vergi siyasəti Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev bildirib ki, yeni dəyişiklik vergi ödəyiciləri üçün vergi inzibatçılığının sadələşdirilməsi və operativliyin təmin edilməsi məqsədi daşıyır : "ƏDV ödəyiciləri tərəfindən ƏDV-nin hesablanmasını və ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi məqsədilə də alınmış elektron qaimə-fakturalar əsas sənəd olacaq. Əgər bu vaxta qədər elektron qaimə-faktura yalnız mal, iş, xidmət təqdim edilməsini həyata keçirən sənəd idisə, gələn ildən elektron qaimə-faktura vergi ödəyiciləri arasında malların ümumən hərəkətini tənzimləyən ilkin uçot sənədi kimi çıxış edəcək. Bu vaxta qədər təqdim edilən elektron qaimə-fakturalar üzərində hər hansı dəyişiklik olurdusa (məsələn, satılmış malların qiymətində artım, azalma), eyni zamanda mal partiyasının həcminin sonradan alıcı tərəfindən satıcıya geri qaytarılması zamanı elektron qaimə-faktura dəqiqləşdirilmiş şəkildə tərtib olunurdu və satıcı tərəfindən təqdim olunurdu. Artıq çevik sənədləşmə qaydalarını təmin etmək üçün vergi ödəyicisi aparılan əməliyyatların xarakterinə görə elektron qaimə-faktura verə biləcək". Qeyd edək ki, 1 yanvar 2020-ci ildən elektron qaimə-fakturanı göndərən şəxs qarşı tərəfin razılığı olmadan sənədi ləğv edə bilməyəcək. Səbuhi TURAN |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.