e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İnformasiya və xəbər fəaliyyətinin vergi qeydiyyatına alınması

2019-12-21 | Vergilər | 2893

Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər.

Vergilər Nazirliyinin şərhinə əsasən, hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın "Bir pəncərə" bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədilə saytımızın "Sahibkarın vergi bələdçisi" bölməsinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı" hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs "Fiziki şəxsin uçotu haqqında ərizə"ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi uçotuna alınmaq üçün "Fiziki şəxsin uçotu haqqında ərizə" ilə yanaşı, tərəfinizdən şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Qeyd olunan fəaliyyəti "63910 MƏLUMAT AGENTLİKLƏRİNİN FƏALİYYƏTİ" fəaliyyət növünü seçərək həyata keçirə bilərsiniz.

Mənbə: https://vergiler.az/news/taxes/6300.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.