e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hansı hallarda işsizlikdən sığorta haqqı almaq olar - Nazir şərtləri açıqladı

2019-11-13 | Kadr işi | 3284

Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu sığortanın ümumi prinsipidir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, vətəndaş əgər ixtisara düşərək və digər şərtlərlə işdən azad olunursa, o müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər.

S.Babayevin sözlərinə görə, işsiz qalan şəxsə 6 aylıq işsizlikdən sığorta haqqı təyin olunur: “Bu rəqəm 3 ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatdan yuxarıdır. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür. Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə işaxtaran şəxs statusundadırlar”.

Nazir qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişikliklər növbəti illərdə parlamentə təqdim ediləcək.

Mənbə: https://az.trend.az/business/3148250.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.