Sosial sığorta ödənişləri üzrə bir illik güzəşt müddəti bitir.2019-12-30 | Vergilər | 445230.11.2018-ci il tarixli "Sosial sığorta haqqında" AR Qanununda dəyişiklik edilməsi barədə AR Qanununa əsasən fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyatda olan və ticarət və tikinti sahəsində fəaliyyət göstərməyən şəxslər üzrə məcburi dövlət sosial sığorta ödənişi minimum əməkhaqqının 20%-dən 25%-ə qaldırılmışdır. Lakin, qanunun 2.1 maddəsində qeyd edilmişdir ki, dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minir və həmin tarixədək sosial sığorta haqları 2019-cu il yanvarın 1-dək qüvvədə olan qayda ilə ödəniləcək. Beləliklə, fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyatda olan və ticarət və tikinti sahəsində fəaliyyət göstərməyən şəxslər üzrə məcburi dövlət sosial sığorta ödənişi 01.01.2020 tarixindən minimum əməkhaqqının 25 faizi qədər təşkil edərək 62.50 AZN (250 manat * 25%) olacaqdır. Bir məsələni də qeyd etmək lazımdır ki, 30.11.2018-ci il tarixində "Sosial sığorta haqqında" AR Qanuna edilən dəyişikliklərə əsasən 01.01.2020 tarixindən sosial sığorta haqları üzrə xidməti müqavilə ilə işləyənlərə münasibətdə ölkə üzrə vahid ödəniş faizi və qaydası müəyyən edilmişdir, ayrı-ayrı regionlar arasında tətbiq olunan fərq isə aradan qaldırılmışdır. Bu o deməkdir ki, fəaliyyət göstərdiyi rayondan və ya iş yerinin hansı regionda yerləşməsindən asılı olmayaraq, fərdi sahibkarlar və xidməti müqavilə ilə çalışanlar eyni məbləğdə sosial sığorta haqqı ödəyəcəklər. Beləliklə, belə fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:
Onu da qey etmək lazımdır ki, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.