Auditorlar Palatası Kölgə iqtisadiyyatına qarşı tədbirlər görəcək2019-12-30 | Audit | 2718Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib. “Report” Palataya istinadən iclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər. İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib: - "Kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində kompleks tədbirlər sisteminin “Strateji Yol Xəritəsi” çərçivəsində işlənib hazırlanması; - Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi; - “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2020-ci il üçün Plan-qrafik”in təsdiq edilməsi; - “Audit komitələri haqqında” Əsasnamənin yenidən işlənməsi; - Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi; - Ölkə ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinə yenidən baxılması; - “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması Qaydası”na riayət edilməsi. Mənbə: https://report.az/maliyye/auditorlar-palatasi-kolge-iqtisadiyyati-na-qarsi-tedbirler-gorecek/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.