ƏDV-nin hesablanması vaxtı dəqiqləşəcək2020-01-16 | Vergilər | 3354
Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra əlavə dəyər vergisi (ƏDV) üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsində yeniliklər gözlənilir. İndiyədək sahibkarlar müştərilərin ödəmə etmədiyi hallarda və ya nə zaman ödəmə etməyindən asılı olmayaraq həmin vergiləri öz büdcələrindən ödəməli olurdular. Mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov Vergi Məcəlləsində edilən dəyişikliklərlə bu uyğunsuzluğun aradan qaldırıldığını vurğulayıb. 1 yanvar 2020-ci ildən mal və xidmətlərin təqdim edilməsi zamanı ƏDV üzrə öhdəlik müştəri hesabından sahibkara ödəmə daxil olduqda yaranacaq. 1. ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi mexanizminin çətinliyi. Məcəlləyə edilən dəyişikliklərdən sonra ƏDV öhdəliyi yalnız qarşı tərəfdən hesaba pul daxil olduqdan sonra yaranacaq. Bu o deməkdir ki, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:
Bunun muhasibat uçotunda necə nəzərə alınmasına gəldikdə ötən il qüvvədə olan Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə və 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda sayılırdı. Lakin bu müddət az olduğundan buna çox fikir verilmirdi və mal və xidmətlərin satışı zamanı əksər hallarda birbaşa ƏDV öhdəliyi yaradılırdı. Vergi Məcəlləsinə edilən son dəyişiklərə əsasən, vergi tutulan əməliyytın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmədən sonra yaranacaq ƏDV öhdəlikləri barədə məlumatın əldə edilməsini istəyən şəxslərin, xususilə köhnə hesablar planından istifadə edənlərin yeni bir hesabdan istifadə etməsini tövsiyə edirik. Bu hesabı asan başa düşülməsi üçün gələcək dövrün ƏDV öhdəliyi də adlandıra bilərik. Misal. 10.01.2020-ci il tarixində ƏDV ödəyicisi 10.000 manat dəyərində xidmət təqdim edib. Alıcı isə ödənişi 01.03.2020-ci il tarixində edəcək. O zaman əməliyyatları, o cümlədən ƏDV öhdəliyini uçotda aşağıdakı kimi göstərməliyik:
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.