Nazir müavini: Gələn il kassa-nəzarət aparatları bütün ticarət şəbəkələrini əhatə edəcək2020-01-17 | Vergilər | 3371"Azərbaycanda nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək". "APA-Economics"in məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək və 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrində nəzarət-kassa aparatlarının quraşdırılması tam başa çatacaq. "Bu işlər Nazirlər Kabinetinin qərarı əsasında qrafik şəkildə təsdiq olunub və təxminən 4 mərhələdən ibarətdir. Artıq 1 və 2-ci mərhələlər 2019-cu ildə başa çatıb, 3-cü mərhələ 2020-ci ildə həyata keçiriləcək və 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrini əhatə edəcək", - deyə İ. Vəliyev qeyd edib. Hüseyn Vəliyev |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.