Elektron qaimə-fakturalarla bağlı yenilik2020-01-24 | Vergilər | 3017Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixdən elektron qaimə-fakturalı əməliyyatın xarakterindən asılı olaraq elektron qaimə-faktura təqdim etməlidir. Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən, Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq doqquz növdə elektron qaimə-faktura verilir:
Vergilər Nazirliyi artıq elektron qaimə-faktura ilə bağlı proqram təminatında səkkiz növdə elektron qaimə-faktura hazırlayıb. Belə ki, agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-faktura proqram təminatında aktiv deyil. Vergi ödəyiciləri bu gündən etibarən qarşı tərəf olan vergi ödəyicilərinə elektron qaimə-fakturanı çeşidlərinə uyğun təqdim etməyə borcludur. e-Qaimə (bütün vergi ödəyiciləri üçün) istifadəçi təlimatına keçid |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.