e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Uçotda olmayan fiziki şəxslərdən malların alışı zamanı sənədləşmə prosedurları

2020-02-25 | Vergilər | 2859

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı "Malların alış aktı" ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Alış aktının elektron qaydada tərtib edilməsi üçün proqram təminatından istifadə qaydaları barədə məlumat əldə edilməsi üçün aidiyyəti üzrə qeydiyyat vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.

Mənbə: https://vergiler.az/news/taxes/7401.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.