İşçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması2020-02-27 | Vergilər | 2984Vergilər Nazirliyi işçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması və işəgötürən tərəfindən əməkhaqqından əlavə verilən maddi yardımın sosial sığorta haqqına cəlb edilməsi ilə bağlı açıqlama verib. İşçinin əsas və əlavə iş yeri üzrə əldə etdiyi gəlirlərindən vergi və sosial sığorta haqqının tutulması ilə bağlı bildiririk ki, eyni işəgötürən müəssisə ilə həm əsas əmək müqaviləsi, həm də əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq eyni iş yerində çalışan işçinin hər iki əmək müqaviləsindən əldə etdiyi muzdlu işlə əlaqədar aylıq gəlirləri cəmlənərək gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur. Eyni zamanda, bildirilir ki, işəgötürən tərəfindən işçiyə verilən maddi yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur. "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.