İşəgötürənlər məşğulluq orqanlarına hansı məlumatları təqdim etməlidirlər?2020-03-03 | Kadr işi | 2830"Məşğulluq haqqında" Qanunun 18.2-ci maddəsinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq, əvvəlcədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verməlidirlər. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. Tutaq ki, "A" MMC marketinq departamentinin ləğv edilməsi məqsədilə bu bölmədən 5 nəfər və satış departamentindən 2 nəfər işçini ixtisar etmək barədə qərar verir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun şəkildə müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
Deməli, "A" MMC işçilərin sayının azalması və ştatların ixtisarı ilə bağlı məlumatı yuxarda qeyd edilən müddətlər daxilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Qanunun həmin tələbi məşğulluq idarələrinin işdən çıxarılacaq işçilər haqqında məlumat əldə etməsi və onların işlə təmin olunması ilə bağlı tədbirlər görməsinə yönəlib. Bu hesabat aylıq, rüblük və ya illik təqdim olunmur, yalnız işçilərin sayı və ştatları ixtisar edildikdə verilir. Qanunvericilik işçilər barədə digər məlumatların da bazaya daxil edilməsini tələb edir. "Məşğulluq haqqında" Qanunun 18-ci maddəsinə müvafiq olaraq işəgötürənlər :
Qeyd edək ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının Mülki, Əmək, Miqrasiya və Vergi məcəllələrinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla), ilk növbədə, yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsilə ödəməlidirlər. Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.