Nağdsız hesablaşmalar2020-09-03 | Mühasibat uçotu | 4994Nağdsız hesablaşmalar haqqında qanunvericiliyin əsas məqsədi dövriyyədə olan pul kütləsinə nəzarətin, vergi öhdəliklərinin yerinə yetirilməsi sahəsində şəffaflığın gücləndirilməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir. Mülki Məcəllənin 971-ci maddəsində nağd və nağdsız əməliyyatların aprılma sahəsi göstərilib: "Fiziki şəxslərin iştirakı ilə hesablaşmalar onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı deyilsə, məbləğ məhdudlaşdırılmadan nağd və ya nağdsız qaydada aparıla bilər. Nağdsız hesablaşmalar banklar, müvafiq hesabların açıldığı başqa kredit təşkilatları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır". Mülki Məcəllənin 972-ci maddəsində isə nağdsız hesablaşmaların formaları göstərilib. Nağdsız hesablaşmalar ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalar ilə, inkasso üzrə, çeklər ilə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalar ilə, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə alətləri ilə nəzərdə tutulmuş digər formalarda aparıla bilər. Nağdsız hesablaşmaların aparılması və bundan yayınma halları "Nağdsız hesablaşmalar haqqında" Qanunla tənzimlənir. Bu qanunun 3.3-cü maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Yalnız nağdsız qaydada həyata keçirilən hesablaşmalar bunlardır:
Qanunvericiliyə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
"Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinə riayət edilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Qanunvericiliyin pozulmasına görə Vergi Məcəllənin 58.7-1-ci maddəsinə əsasən, müvafiq maliyyə sanksiyaları nəzərdə tutulub. Qanunsuz aparılan əməliyyatın ümumi məbləğinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
Vergi Məcəlləsinə əsasən, "Nağdsız hesablaşmalar haqqında" qanunvericiliyə riayət edilməməsinə görə məsuliyyət əməliyyatın növündən asılı olaraq nağd ödənişi edən və qəbul edən şəxslər arasında bölüşdürülür". Fərqanə ALLAHVERDİQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.