e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?

2020-03-09 | Mühasibat uçotu | 4027

Vergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, əgər barter əməliyyatının elektron vergi hesab-fakturasında göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiyməti nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.

Misal:

Tutaq ki, "A" müəssisəsi 60 kisə sementi "S" müəssisəsinə təqdim edərək əvəzində 20 ədəd stul alıb. Barter əməliyyatı zamanı "A" və "S" şirkətlərinin təqdim etdikləri malların barter əməliyyatı hesab olunmasına baxmayaraq, müvafiq olaraq sement və stulların dəyəri ilə bağlı elektron qaimə-faktura təqdim olunmalıdır. Vergi nəzarəti tədbirləri zamanı həmin əməliyyatlar həyata keçirilərkən qiymətlərin bazar qiymətlərinə uyğun təyin olunmadığı müəyyən edildiyi halda bazar qiymətləri tətbiq olunur. Eyni zamanda, barter əməliyyatları həyata keçirilərkən qiymətlərin qəsdən aşağı salınması səbəbindən gəlirin azaldılması yolu ilə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq vergi məbləğinin gizlədilməsinə görə Vergi Məcəlləsində nəzərdə tutulan sanksiyalar tətbiq edilir.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7596.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.