e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İş və istirahət günlərinin yeri dəyişdirildi. Novruz bayramında 9 gün iş olmayacaq

2020-03-12 | Kadr işi | 3257

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il 20-28 mart tarixlərində (9 gün) iş olmayacaq.

AR Nazirlər Kabinetinin Qərarı

Mənbə: https://cabmin.gov.az/az/document/4322/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.