e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı

2020-03-26 | İqtisadiyyat | 2393

Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, əmrdə deyilir ki, iclasların, müşavirələrin, toplantıların yalnız telefon rabitəsi və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin.

Nazirliyin əməkdaşlarında və onların ailə üzvlərindən birində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilir. Həmçinin, nazirliyin qaynar xətlərinin fəaliyyəti fasiləsiz təmin edilməsi əmrdə vurğulanır.

Əmrdə qeyd edilib ki, xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılır.

Ezamiyyətə xüsusi zərurət olduğu hallarda isə nazirliyin rəhbərliyinə əsaslandırılmış müraciət edilməlidir.

Həmçinin vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb. Bununla yanaşı, nazirliyin əməkdaşlarının xarici ölkələrə şəxsi səfərləri dayandırılır.

Mənbə: https://report.az/maliyye/maliyye-naziri-koronavirus-pandemiyasi-ile-bagli-elave-emr-imzaladi/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.