e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRAR

2020-03-26 | İqtisadiyyat | 2243

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən səthi sıxlığı 25 q/m2-dən çox, lakin 70 q/m2-dən çox olmayan kimyəvi iplər və səthi sıxlığı 70 q/m2-dən çox, lakin 150 q/m2-dən çox olmayan kimyəvi iplər gömrük rüsumlarından azad edilib.

Qeyd edək ki, gömrük rüsumundan azad edilən bu məmulatlar tibbi maskaların istehsalında istifadə olunur.

Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Mənbə: https://report.az/maliyye/bu-memulatlar-gomruk-rusumlarindan-azad-edildi-qerar/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.