Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası - DƏYİŞİR2020-03-26 | Hüquq | 3103Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişir. FED.az xəbər verir ki, bu, martın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi barədə məlumatlar da dövlət reyestrinə daxil ediləcək. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. Mənbə: https://www.fed.az/az/huquq/huquqi-sexslerin-dovlet-reyestrinin-aparilmasi-qaydasi-deyisir-76443 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.