e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nazirlər Kabineti icbari tibbi sığortanın ərazi vahidləri üzrə tətbiqi ardıcıllığında dəyişiklik edilib.

2020-03-26 | Kadr işi | 2666

Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənd ləğv edilsin.

2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;”.

Beləliklə, 1.2 bəndində olan şəhər və rayonlarda icbari tibbi sığortaya keçidin konkret müddətləri aprel-iyun aylarından iyul – sentyabr aylarına keçirilib.

AR Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli qaydada tətbiqi vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, ambulator və stasionar, o cümlədən dəyəri yüksək olan həyati vacib tibbi xidmətlərin göstərilməsinin daha effektiv tənzimlənməsini və ölkənin icbari tibbi sığortaya tam hazırlıqlı olmasını təmin edəcək.

Mənbə: https://cabmin.gov.az/az/document/4353/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.