e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi

2020-03-29 | Kadr işi | 2891

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən verilmiş elanlarda qeyd olunduğu kimi koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınıb, olma müddəti 16 mart - 30 aprel tarixləri aralığında bitən ( və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilib.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Qeyd olunub ki, Xidmət tərəfindən olma müddəti 16 martdan 31 mart 2020-ci il tarixədək şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilib.

Müvəqqəti olma müddəti 30 aprel 2020-ci il tarixinədək olan şəxslərlə bağlı isə Dövlət Miqrasiya Xidməti tərəfindən mərhələli qaydada qərarlar qəbul olunacaqdır. Bununla bağlı məlumatlar qısa müddət ərzində Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.

DMX bir daha əcnəbi və vətəndaşlığı olmayanların diqqətinə çatdırıb ki, qəbul edilmiş qərarlar əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız dövlət rüsumunu ödədikdən sonra ölkədə qalmaq hüququ əldə etmiş olur (rüsumlarla bağlı ödəniş nömrələri isə artıq internet saytmızda (https://eservice.migration.gov.az/public/payments-... ) yerləşdirilib).

Mənbə: https://report.az/hadise/dmx-ecnebi-ve-vetendasligi-olmayanlara-muraciet-etdi/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.