e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda 249 min fərdi sahibkara dövlət dəstək verəcək

2020-04-01 | İqtisadiyyat | 2734

Azərbaycanda 292,4 min vergi ödəyicisinə dövlət tərəfindən dəstək verilməsi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi proqramı"nda öz əksini tapıb.

Proqrama əsasən, dövlətdən dəstək alacaq iş adamlarının 248,5 min nəfəri fərdi sahibkarlardır. Onlar 53,7 min nəfər işçiyə malikdir. Bundan başqa, 43,9 min nəfər mikro sahibkara da dəstək verilməsi nəzərdə tutulur ki, bunlar da 57 min nəfərin məşğulluğunu təmin edir.

Mənbə: https://report.az/biznes/azerbaycanda-249-min-ferdi-sahibkara-dovlet-destek-verecek/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.