Muzdlu işdən gəlir vergisinə tətbiq olunan güzəşt2020-04-02 | Vergilər | 2843Vergilər Nazirliyinin şərhində göstərilir ki, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"na əsasən, müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir. Siyahı bu sənədləri əhatə edir:
Qeyd olunanlara əsasən, birinci qrup əlil olan şəxsin ona baxan və onunla birlikdə yaşayan övladı olduğunu halda, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsində nəzərdə tutulmuş güzəşt həmin şəxsin birinci qrup əlilin himayəçisi və ya qəyyumu olduğu müvafiq orqanlar tərəfindən verilmiş arayışlarda təsbit olunduğu halda tətbiq oluna bilər. Əlavə olaraq bildirilib ki, güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.