Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verildi2020-04-02 | Kadr işi | 3129Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır. 1.1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin; 1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər; 1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın; 1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin; 1.5. imkan olduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin; 1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. 2. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin. 3. Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısı 1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı 3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri) 5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 6. Azərbaycan Respublikasının Baş Prokurorluğu 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 16. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi 17. Azərbaycan Respublikasının Energetika Nazirliyi 18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 19. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 20. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 22. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 23. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 24. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 25. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 27. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 28. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 29. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 30. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 32. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 33. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 34. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri 35. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 36. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 37. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 38. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi 39. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 40. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) 41. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar 43. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 44. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 45. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları 46. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 47. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi 48. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 49. Azərbaycan Respublikasının Hesablama Palatası 50. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 51. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 52. “Azəriqaz” İstehsalat Birliyi 53. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 54. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 55. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 56. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 57. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 58. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 59. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 60. “Azərkontrakt” Səhmdar Cəmiyyəti 61. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 62. Bakı Nəqliyyat Agentliyi 63. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 64. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 65. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 66. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 67. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 68. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu 69. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 70. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 71. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 72. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 2 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyriiş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı 1. Səhiyyə və sosial sahə üzrə: 1.1. elmi-tədqiqat və laborator xidmətləri; 1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər; 1.3. baytarlıq xidmətləri; 1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı; 1.5. sosial xidmətlər; 1.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti. 2. İnfrastruktur sahəsi üzrə: 2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması); 2.2. elektrik enerjisinin istehsalı və təchizatı; 2.3. su təchizatı və meliorasiya; 2.4. telekommunikasiya və rabitə xidmətləri. 3. Nəqliyyat və logistika sahəsi üzrə: 3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları; 3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri; 3.3. logistika xidmətləri; 3.4. ictimai nəqliyyat və taksi xidmətləri. 4. Əsas istehsalat növləri: 4.1. müdafiə sənayesi məhsullarının istehsalı; 4.2. neft avadanlıqları və qurğularının istehsalı; 4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.5. kimyəvi məhsulların istehsalı; 4.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.7. əkinçilik və məhsul yığımı; 4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı; 4.9. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi; 4.10. metallurgiya sənayesi üzrə fəaliyyət; 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 4.17. diri heyvanların kəsimi. 5. Pərakəndə və topdan satış üzrə: 5.1. ərzaq məhsullarının satış məntəqələri; 5.2. apteklər; 5.3. yanacaqdoldurma məntəqələri; 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri; 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri. 6. Məişət xidmətləri üzrə: 6.1. məişət tullantılarının yığılması və utilizasiyası; 6.2. poçt xidmətləri; 6.3. kimyəvi təmizləmə; 6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.5. avtomobillərin təmiri; 6.6. avtomobil yuyulma məntəqələri; 6.7. tərcümə xidmətləri; 6.8. heyvan sığınacaqları; 6.9. dizayn xidmətləri. 7. Kütləvi informasiya vasitələri. 8. Maliyyə təşkilatları üzrə: 8.1. banklar və bank olmayan kredit təşkilatları; 8.2. investisiya şirkətləri, fond birjaları; 8.3. sığorta təşkilatları; 8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar. 9. Xüsusi xidmət növləri üzrə: 9.1. çatdırılma xidmətləri; 9.2. məişət avadanlıqlarının təmiri; 9.3. dezinfeksiya xidmətləri. 10. Vəkillik fəaliyyəti. Mənbə: https://report.az/siyasi-xeberler/daxili-siyaset/bas-nazir-serencam-imzaladi/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.