e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sahibkarlara pulların ödənilməsinə başlandı - MƏBLƏĞLƏR - RƏSMİ

2020-04-09 | İqtisadiyyat | 2893

Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, bu gün, aprelin 9-da Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 698 vergi ödəyicisinə 1 mln. 728 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 533 fərdi (mikro) sahibkara isə 637 min manat vəsait onların müvafiq bank hesablarına köçürülüb.

"Tədbirlər Planına uyğun olaraq sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin ödənilməsi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdiriləcəkdir. Həmin sifarişlər pandemiya nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq Maliyyə Nazirliyinə təqdim olunur"-deyə açıqlamada bildirilir.

Mənbə: https://www.fed.az/az/biznes/sahibkarlara-pullarin-odenilmesine-baslandi-meblegler-resmi-77829


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.