e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sahibkarlar yardım üçün belə müraciət edəcək - VİDEOLAR

2020-04-10 | İqtisadiyyat | 2675

İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərdən ikisinin - pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətləri üzrə işlərin həyata keçirilməsinə başlanılıb.

Eləcə də bax: Sahibkarlara maliyyə dəstəyi belə göstəriləcək – QAYDALAR, İZAHAT - VİDEO

FED.az xəbər verir ki, maliyyə dəstəyi vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında həyata keçirilir. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması məqsədilə müvafiq videotəlimatlar hazırlayıb. Bu təlimatlar müraciətlərin tərtib olunma qaydalarını izah edir.

Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat:

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat:

Mənbə: https://www.fed.az/az/iqtisadiyyat/sahibkarlar-yardim-ucun-bele-muraciet-edecek-videolar-77887


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.