Məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılır.2020-05-02 | Vergilər | 6609AR Milli Məclisinin 01.05.2020 tarixində keçirilmiş iclasında "Sosial sığorta haqqında" qanuna dəyişikliklər qəbul edilib. "Sosial sığorta haqqında" AR Qanununa edilən dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılır. Belə ki, 01.04.2020 tarixindən 01.01.2021 tarixinə kimi fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək: 1. Tikinti və ticarət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 25 faizi - 62.50 manat məbləğinin:
2. digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 15 faizi - 37.50 manat məbləğinin:
Misal 1.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Lənkəran şəhərində tikinti sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2019-cu il sentyabr ayının 1-dən 250 manat) məbləğinin hər ay üçün 01.01.2020-01.04.2020 tarixlər arası 50 faizini, 01.04.2020-01.01.2021 tarixlər arası 25 faizini yəni 01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 50% = 125 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 25% x 80% = 50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 2.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bərdə şəhərində əhaliyə məişət xidməti ilə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2019-cu il sentyabr ayının 1-dən 250 manat) məbləğinin hər ay üçün 01.01.2020-01.04.2020 tarixlər arası 25 faizini, 01.04.2020-01.01.2021 tarixlər arası 15 faizi miqdarında, yəni 01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 25% = 62.50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 15% x 80% = 30 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. 3. vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında; 4. Bundan başqa, Qanuna daxil edilmiş yeni maddələrə əsasən, sabit vergi ödəyən şəxslər, və ya fərdi qaydada (muzdlu işçi cəlb etmədən) aşağıdakı cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər,
və "Fərqlənmə nişanı" alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri aşağıdakı miqdarlarda məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər:
Yuxarıdakı cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvləri istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:
Misal
Fiziki şəxs Qax şəhərində saat təmiri xidməti göstərir. Belə olduqda, sosial sığorta haqqının aylıq məbləği aşağıdakı kimi hesablanacaq: Minimum aylıq əməkhaqqının 2019-cu il sentyabrın 1-dən 250 manat təşkil edir. Sosial sığorta haqqı = 250 x 3% x 1 (zona əmsalı) = 7.50 AZN Eyni zamanda, həmin şəxs sabit vergi də ödəyəcəkdir: Sabit vergi = 10 (sabit məbləğ) * 0.5 (zona əmsalı) = 5 AZN |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.